...

SOCAR Neft Daşlarında yeni sahələr quraşdıracaq

Energetika Materials 5 Noyabr 2019 18:30 (UTC +04:00)

Bakı. Eldar Canaşvili - Trend:

Neft Daşlarında yaxın illərdə 5 yeni istehsalat sahəsinin quraşdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyinə həsr olunmuş media-tur zamanı deyib.

Onun sözlərinə görə, bu sahələrdə 60-70 hasilat quyusunun qazılacağı nəzərdə tutulur.

Qeyd edək ki, Neft Daşlarının mövcud olduğu dövrdə burada 333 istehsalat sahəsi quraşdırılıb və 2 minə yaxın quyu qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti