...

Astarada 5 kənd elektrik enerjisi ilə təchiz olundu

Energetika Materials 28 Noyabr 2019 11:55 (UTC +04:00)
Cari ilin 10 ayında 32 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçıların elektrik enerjisi təchizatının 24 saat dayanıqlılığı və keyfiyyəti tam təmin olunub.
Astarada 5 kənd elektrik enerjisi ilə təchiz olundu

Bakı. Samir Əli - Trend:

Cari ilin 10 ayında 32 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçıların elektrik enerjisi təchizatının 24 saat dayanıqlılığı və keyfiyyəti tam təmin olunub.

Trend-in məlumatına görə, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, ilin sonunadək daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq: "Azərbaycan Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub. Sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha 2 ucqar yaşayış məntəqəsinə - Diqo və Dolu kəndlərinə də elektrik enerjisinin verilişi təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti