...

Azərbaycan qazının Bolqarıstana tranziti üçün boru kəmərinin tikintisi sürətləndirilir

Energetika Materials 14 İyul 2020 18:51 (UTC +04:00)
Azərbaycan qazının Bolqarıstana tranziti üçün boru kəmərinin tikintisi sürətləndirilir

Bakı. Ləman Zeynalova - Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) üçün avtomatik qaynaq sertifikatlaşdırma prosesi davam edir və tezliklə nəticələr gözlənilir.

Bu barədə Trend-ə İCGB AD layihə şirkətindən xəbər verilib.

IGB xətti ilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.

"Avtomatik qaynağın layihədəki işləri sürətləndirəcəyi gözlənilir. Torpaq işləri davam edir və gələn ayın əvvəlində tamamlanacağı təxmin edilir", - şirkətdən bildirilib.

ICGB AD, IGB marşrutu boyunca 80 kilometrdən çox ərazinin təmizləndiyini də diqqətə çatdırıb:

"Boru çəkilməsi Bolqarıstanda və Yunanıstanda davam edir. Burada təxminən 25 kilometr boru qaynaq üçün hazırlanıb. Əllə qaynaq aparılır və hər gün bir neçə komanda işləyir".

Qeyd edək ki, IGB layihəsi Yunanıstan və Bolqarıstanın qaz ötürmə sistemlərini birləşdirəcək qaz interkonnektorunun inşasını nəzərdə tutur. Qaz kəmərinin ümumi uzunluğu 182,6 kilometrdir. IGB-nin tutumu ildə 5 milyard kubmetrə qədər genişlənmə imkanı ilə hazırda 3 milyard kubmetr təşkil edir.

Qaz kəməri marşrutu yeddi əsas hissəyə bölünür, onlardan ən qısası 9,55 kilometr, ən uzunu isə 71.90 kilometrdir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti