...

Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb

Energetika Materials 3 Avqust 2020 12:31 (UTC +04:00)
Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Supsa limanından yola düşüb

Bakı. Ləman Zeynalova - Trend:

Belarus üçün nəzərdə tutulan Azərbaycan neftini daşıyan növbəti tanker avqustun 2-də Supsa limanından yola düşüb.

Bu barədə Trend-ə “Belneftexim” şirkətindən bildiriblər.

Məlumata əsasən, həmin tankerin Yujnı limanına avqustun 4-5-də çatması gözlənilir. Daha sonra neft Odessa-Brodı neft kəməri ilə Belarusda Mozır neft emalı zavoduna nəql olunacaq.

Qeyd edək ki, mart-aprel aylarında “SOCAR Trading” ümumilikdə 335 min ton həcmində dörd neft partiyasını Odessa limanı və Odessa-Brodı neft kəməri vasitəsilə Belarusa yola salmışdı. “Belneftexim”in məlumatlarına əsasən, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti