...

Azeri Light neftinin bu il orta qiyməti 48 dollar olacaq - UNEC

Energetika Materials 7 Oktyabr 2020 14:28 (UTC +04:00)
Azeri Light neftinin bu il orta qiyməti 48 dollar olacaq - UNEC

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azeri Light neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

Trend-in məlumatına görə, UNEC proqnozunda 2016-2023-ci illər üzrə Azeri Light markalı neftin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVİD 19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.

2020-ci ildə Azeri Light neftinin dünya bazarında illik orta qiymətinin hər barel üçün 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti