...

Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub

Energetika Materials 4 Dekabr 2020 11:09 (UTC +04:00)
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub

Bakı. Fidan Babayeva - Trend:

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə “Petkim” neft-kimya kompleksinə 120 milyon dollar investisiya qoyub.

Trend bu barədə SOCAR-ın “Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, ötən il “Petkim” ümumilikdə 3,4 milyon ton məhsul istehsal etməklə rekord vurub. 2020-ci ildə də müsbət dinamikanı davam etdirmək planlaşdırılır.

2019-cu ildə Azərbaycandan Türkiyəyə 9,2 milyard kubmetr təbii qaz tədarük olunub.

Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti