Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
Şimali Makedoniya bu ilin sonunadək 68 kilometr uzunluğunda Neqotino-Gevgeliya qaz kəmərinin tikintisi üçün tender elan edəcək
Trend-in məlumatına görə, bunu Şimali Makedoniyanın nəqliyyat naziri Blaqoy Boçvarski deyib.
Onun sözlərinə görə, hökumət 2021-ci ilin ortalarına qədər boru kəməri üçün tikinti icazəsinin alınacağına ümid edir.
Nazir əlavə edib ki, Neqotinodan Bitola şəhərinədək və Skopyedən Qostivara qədər qaz kəmərinin tikintisinin bu il başa çatdırılması planlaşdırılır.
Qeyd edə ki, Neqotino- Gevgeliya qaz kəməri Yunanıstanla sərhəddə yerləşən Gevgeliya şəhərindən Şhtip-Neqotino boru kəmərinə birləşdiriləcək. Bu, Şimali Makedoniyanın Yunanıstan ərazisindən keçən TAP-a qoşulmasına imkan verəcək.