...

"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır

Energetika Materials 13 Aprel 2021 22:37 (UTC +04:00)
"OPEC" yayda benzin istehlakının böhrandan əvvəlki səviyyədən aşağı olacağını proqnozlaşdırır

Bakı. Trend:

Neftə tələbat bərpa olunur, lakin davam edən koronavirus pandemiyasının nəticələrinə görə yayda benzin istehlakı böhrandan əvvəlki səviyyədən (2019-cu ilin yay mövsümü) aşağı olacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin ("OPEC") aprel hesabatında deyilir.

"OPEC"in proqnozlarına əsasən, 2021-ci ilin birinci rübündə benzin istehlakı bir sutkada 24 milyon barrel (b/s), ikinci rübündə - 25,6 milyon b/s, üçüncü rübündə 26,7 milyon b/s, dördüncü rübündə isə 25,4 milyon b/s təşkil edəcək.

Təşkilatın hesabatında qeyd edilir ki, dizel yanacağının istehlakı da böhrandan əvvəlki səviyyəyə çatmayacaq - birinci rübdə dünyada dizel yanaca]ı istehlakı bir sutkada 26,3 milyon barrel (b/s), ikinci rübdə 26,6 milyon b/s, üçüncü və dördüncü rüblərdə isə 27,4 milyon b/s təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti