...

SOCAR bu tarixdən yeni istiqrazlar buraxır

Energetika Materials 17 May 2021 10:36 (UTC +04:00)
SOCAR bu tarixdən yeni istiqrazlar buraxır

Bakı. Trend:

SOCAR tərəfindən daxili bazar üçün bu ilin 20 sentyabr tarixində yeni istiqrazlar buraxılacaq.

“SOCAR Capital” şirkətindən Trend-ə verilən məlumata görə, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faizlərin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək. SOCAR İstiqrazlarına abunə yazılışı bu ilin 20 sentyabr tarixndən başlayacaq və 10 gün müddətində davam edəcək. İstiqrazlara abunə yazılışında həm vətəndaşlarımız, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər.

Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcəkdir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.) SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti