...

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Energetika Materials 14 Sentyabr 2021 13:17 (UTC +04:00)
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2021-ci ildə 0,70 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Trend bu barədə Agentliyə istinadən məlumat verir.

Agentliyin qiymətləndirməsinə əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,70 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka təşkil edib.

Proqnoza əsasən, bu ilin üçüncü və dördüncü rübündə hasilat 0,70 və 0,72 milyon barel/sutka təşkil edəcək.

2022-ci ildə isə Azərbaycanda neft hasilatının 0,73 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, BEA-nın hesabatına əsasən, 2020-ci ildə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil etmişdi.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti