...

Azərbaycanın xam neft ixracı 10 faizdən çox azalıb - OPEC

Energetika Materials 1 Oktyabr 2021 17:50 (UTC +04:00)
Azərbaycanın xam neft ixracı 10 faizdən çox azalıb - OPEC

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan 2020-ci ildə 500,3 min barel/sutka xam neft ixrac edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 10,5 faiz azdır.

Trend bu barədə OPEC-in illik statistik bülleteninə istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycanın neft ixracı 2016-cı ildə 655,1 min barel/sutka, 2017-ci ildə 615,3 min barel/sutka, 2018-ci ildə 608,6 min barel/sutka və 2019-cu ildə 559,3 min barel/sutka təşkil etmişdi.

Eyni zamanda, Azərrbaycanda neft hasilatı 2016-cı ildə 769,8 min barel/sutka, 2017-ci ildə 729,2 min barel/sutka, 2018-ci ildə 725 min barel/sutka, 2019-cu ildə 678,5 min barel/sutka və 2020-ci ildə 611,3 min barel/sutkaya bərabər olub.

2020-ci ildə Azərbaycanda neft hasilatı 2019-cu illə müqayisədə 9,9 faiz azalıb.

Azərbaycanda ötən il neftə tələbat 2019-cu illə müqayisədə 14,3 faiz azalıb. Bu göstərici 2016-cı ildə 103 min barel/sutka, 2017-ci ildə 107 min barel/sutka, 2018-ci ildə 121 min barel/sutka, 2019-cu ildə 123 min barel/sutka, 2020-ci ildə 106 min barel/sutka təşkil etmişdi.

OPEC Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarını 7 milyard barel həcmində qiymətləndirir.

Təşkilatın proqnozuna əsasən, 2021-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən illə müqayisədə 0,02 milyon barel/sutka artaraq 0,75 milyon bareı/sutka təşkil edəcək.

2022-ci ildə hasilat 0,07 milyon barel/sutka artaraq 0,82 milyon barel/sutkaya çatacaq.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti