Bakı. Orxan Nəbiyev - Trend:
Avropa birjalarında təbii qazın qiyməti son sutka ərzində 12 faiz bahalaşıb.
Trend-in məlumatına görə, son saatlarda Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın min kubmetri 1 303 dollara alınıb-satılır.
Qeyd edək ki, ötən gün təbii qazın qiymətləri 1 200 dollar həddini keçsə də, günün sonunda 1 160 dollaradək azalmışdı.
Ötən həftə təbii qazın qiyməti Avropada tarixdə ilk dəfə min dollara, daha sonra 1 100 dollaradək artmışdı.
Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.