...

Avropadakı qaz böhranı göstərir ki, TAP-ın tikintisi düzgün seçim idi - Stefano Salya

Energetika Materials 6 Oktyabr 2021 14:29 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Avropadakı hazırkı qaz böhranı açıq göstərir ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi düzgün seçim idi.

Trend-in İtaliya KİV-lərinə istinadən məlumatına görə, bunu İtaliyanın energetika, şəbəkələr və ətraf mühit sahələrində tənzimləyici qurumunun (ARERA) idarə heyətinin üzvü Stefano Salya deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" vasitəsilə idxalın artırılması digər mənbələrdən alınan qazın tədarükündə yarana biləcək fasilələr zamanı Avropanın böhrandan çıxışını yüngülləşdirəcək.

S.Salya qeyd edib ki, TAP İtaliyaya ildə təxminən 8 milyard kubmetr qaz tədarük edəcək və bununla digər qaz tədarükçülərinə alternativ təşkil edəcək:

"Cənub Qaz Dəhlizi" vasitəsilə tədarükün artırılması Avropada qiymət rəqabətliliyini artıra və İtaliyanı qaz habına çevirə bilər".

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin dekabrında başlayıb. Bu günədək TAP vasitəsilə qaz nəqli beş milyard kubmetrə çatıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti