...

BP SOCAR-a verilən səmt qazının həcmini artırıb

Energetika Materials 4 Noyabr 2021 20:56 (UTC +04:00)
BP SOCAR-a verilən səmt qazının həcmini artırıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin ilk üç rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) verilən səmt qazının həcmi gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr təşkil edib.

Trend bu barədə "bp"nin hesabatına istinadən məlumat verir.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin eyni dövründə bu göstərici 6,6 milyon, ümumilikdə isə 1,6 milyard kubmetrə bərabər olub.

Hesabatda qeyd olunur ki, səmt qazı əsasən Səngəçal terminalında və Neft Daşlarındakı qurğu vasitəsilə verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti