...

Səngəçal terminalından "Şahdəniz" qazının ixracı 25 faizə yaxın artıb

Energetika Materials 10 Fevral 2022 14:01 (UTC +04:00)
Səngəçal terminalından "Şahdəniz" qazının ixracı 25 faizə yaxın artıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Səngəçal terminalından gündəlik orta hesabla 61 milyon standart kubmetrdən çox (2,166 milyard standart kubfuta yaxın) "Şahdəniz" qazı ixrac edilib. 2020-ci ildə bu göstərici 24,48 faiz çox olub.

Trend bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, 2021-ci ildə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti