...

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 303 faiz yerinə yetirib

Energetika Materials 17 Mart 2022 16:38 (UTC +04:00)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 303 faiz yerinə yetirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin fevralında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,57 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Bu göstərici yanvar ayında 0,58 milyon barel/sutkaya bərabər idi.

Qeyd olunub ki, fevral ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 303 faiz yerinə yetirib: "2022-ci yanvar və fevral ayları üzrə hədəf göstərici 0,66 milyon barel/sutka və 0,67 milyon barel/sutka müəyyən edilib".

Xatırladaq ki, Azərbaycan OPEC+ üzv ölkələrinin aprel ayında gündəlik neft hasilatının artırılması qərarını dəstəkləyib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti