...

Əhalinin qazdan istifadəsi azalıb - Baş direktor

Energetika Materials 8 Aprel 2022 11:35 (UTC +04:00)
Əhalinin qazdan istifadəsi azalıb - Baş direktor
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Azəriqaz" İstehsalat Birliyi 2022-ci ilin birinci rübündə 3 milyard 276 milyon kubmetr qaz qəbul edib.

Trend-in məlumatına görə, bunu birliyin baş direktoru Ruslan Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təkcə mart ayı ərzində 1 milyard 114 milyon kubmetr qaz qəbul edilib.

"Yanvar-mart aylarında qəbul olunmuş qazın 706 milyon kubmetri sənaye, 2 milyard 570 milyon kubmetri isə əhali istehlakı üzrədir.

O cümlədən, mart ayı üzrə 251 milyon kubmetr sənaye, 763 milyon kubmetri isə əhali istehlakı üzrə olub", - deyə Baş direktor bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin birinci rübü ilə müqayisədə bu il 247 milyon kubmetr əlavə qaz qəbul edilib: "Əhali istehlakı üzrə 60 milyon kubmetr azalma olub, qeyri-əhali üzrə isə 307 milyon kubmetr artıq qaz qəbul olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti