...

Almaniya şirkətləri "Cənub Qaz Dəhlizi"nin buraxılış gücünün artırılmasına töhfə verə bilər - Volfqanq Maniq (FOTO)

Energetika Materials 27 Aprel 2022 16:50 (UTC +04:00)
Almaniya şirkətləri "Cənub Qaz Dəhlizi"nin buraxılış gücünün artırılmasına töhfə verə bilər - Volfqanq Maniq (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya şirkətləri "Cənub Qaz Dəhlizi"nin buraxılış gücünün artırılmasına töhfə verə bilər.

Bunu Trend-ə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Sülh və təhlükəsizlik təhdid altındadır - Qaydalara əsaslanan dünya nizamı bizə niyə lazımdır" mövzusunda tədbir çərçivəsində deyib.

"Hazırda Almaniya Energetika Nazirliyi enerji ehtiyatlarının alternativ idxal mənbələrini axtarır. Almaniyanın "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz tədarükünü təşkil etmək niyyəti var", - deyə o bildirib.

Səfir qeyd edib ki, Almaniyanın "Uniper" energetika şirkəti hökumətdən təminat alıb və SOCAR-la fəal əməkdaşlıq edir.

"Sabah şirkətlər arasında görüş keçiriləcək və münasibətlərin gələcək inkişafı müzakirə olunacaq. Müəyyən müqavilələr imzalanandan sonra bu və ya digər tikinti işləri barədə danışmaq mümkün olacaq", - səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti