...

STAR neft emalı zavodu idxalını 33 faizdən çox artırıb

Energetika Materials 30 Aprel 2022 17:15 (UTC +04:00)
STAR neft emalı zavodu idxalını 33 faizdən çox artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2022-ci ilin fevralında 838 921 ton xam neft idxal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,3 faiz çoxdur. 2021-ci ilin fevralında zavod 629 147 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR fevral ayında 102 534 ton aviasiya yanacağı, 466 000 ton benzin, 22 767 ton mayeləşdirilmiş neft qazı, 172 826 ton nafta, 55 893 ton neft koksu, 22 544 ton 95 oktanlı etilləşdirilməmiş benzin, 26 695 ton qaz, 165,3 ton yüksək kükürd tərkibli yanacaq və 90 546 ton digər məhsul istehsal edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti