...

Azərbaycan nefti dörd dollara yaxın bahalaşıb

Energetika Materials 12 May 2022 10:23 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 11-də 112,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,96 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 111,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,97 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 107,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,61 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti