...

TANAP ilə qaz ixracını ildə 27 milyard kubmetrə çatdırmaq planlaşdırılır - bp-nin regional prezidenti

Energetika Materials 2 İyun 2022 13:58 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

TANAP boru xətti ilə qaz ixracını ildə 27 milyard kubmetrə çatdırmaq, bunun 9 milyard kubmetrini İtaliyaya yönəltmək planlaşdırılır.

Trend-in məlumatına görə, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"Qaz mənbələrinin genişləndirilməsi və mövcud mənbələrdə hasilatın artırılması üzrə işlər aparılır. Həmçinin Cənub Qaz Dəhlizinin rolu artacaq, ixrac çoxalacaq. Bu hədəflərə çatmaq üçün maliyyə təşkilatlarının və müvafiq investisiyaların cəlb olunması üzrə işlər aparılır", - deyə o bildirib.

Q.Cons əlavə edib ki, Azərbaycanda, xüsusilə Qarabağda günəş elektrik stansiyalarının tikintisi aparılır.

"Bu layihələrin icrası qaz istehlakını azaldacaq və onu ixraca yönəltməyə imkan verəcək. Bundan başqa, Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı var ki, onu da ixrac etmək mümkün olacaq", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti