Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,69 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.
Trend bu barədə Agentliyə istinadən məlumat verir. Əvvəlki hesabatda bu göstərici 0,7 milyon barel/sutka səviyyəsində idi.
Agentliyin hesabatına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil edib.
Bu ilin ikinci rübündə 0,68 milyon barel/sutka, üçüncü rübdə 0,69 milyon barel/sutka, dördüncü rübdə 0,7 milyon barel/sutka hasilat proqnozlaşdırılır.
2023-cü ildə Azərbaycanda neft hasilatı 0,68 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılıb.
(Tərcümə: Orxan Nəbiyev)