...

Azərbaycan Asiya İnkişaf Bankı ilə birgə yeni üzən günəş elektrik stansiyası layihəsini nəzərdən keçirir

Energetika Materials 6 Oktyabr 2022 12:47 (UTC +04:00)
Azərbaycan Asiya İnkişaf Bankı ilə birgə yeni üzən günəş elektrik stansiyası layihəsini nəzərdən keçirir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Asiya İnkişaf Bankı ilə (AİB) birgə üzən günəş elektrik stansiyasının tikintisi layihəsini nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

O qeyd edib ki, Energetika Nazirliyi AİB ilə birgə 50 meqavatt gücündə üzən günəş elektrik stansiyasının tikintisi layihəsini nəzərdən keçirir.

Nazir müavininin sözlərinə görə, Azərbaycan bu sahədə fəaliyyətini genişləndirməyi planlaşdırır.

"Pilot layihənin hazırlanması və reallaşdırılması nəzərdə tutulur. Pilot layihəyə Böyükşor gölündə 100 kilovatt gücündə üzən günəş elektrik stansiyasının tikintisi daxildir", - E.Soltanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti