...

Azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı layihələndirmə başa çatıb - Ruslan Əliyev (ÖZƏL)

Energetika Materials 14 Oktyabr 2022 14:52 (UTC +04:00)
Azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı layihələndirmə başa çatıb -  Ruslan Əliyev (ÖZƏL)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması başa çatıb.

Bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Trend-ə özəl açıqlamasında deyib.

O bildirib ki, hələlik həmin ərazilərdə bununla bağlı əlavə işlər başlanmayıb.

"Biz bununla bağlı Energetika Nazirliyinin tərkibindəki komissiyada iştirak edirik. Plan olaraq ancaq layihələndirmə işləri aparılıb. Hələlik qaz xətlərinin çəkilməsi ilə bağlı işlərin başlanılacağı vaxt məlum deyil. Bununla bağlı lazımı göstəriş veriləndən sonra işlərə başlanacaq", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti