...

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır – Ceffri Payett

Energetika Materials 18 Oktyabr 2022 10:46 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Avropa, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstanın enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı çətinliklərin öhdəsindən gəlməkdə həlledici rol oynayıb.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji ehtiyatları məsələləri üzrə köməkçisi Ceffri Payett İstanbulda keçirilmiş təmiz enerji ilə bağlı regional konfransda deyib.

O qeyd edib ki, həm Cənub Qaz Dəhlizi, həm də Yunanıstan-Bolqarıstan interkonnektoru çoxillik texniki, kommersiya, siyasi və diplomatik səylərin kulminasiyasına çevrilib.

"Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen qeyd edib ki, bu layihə Avropanın enerji təhlükəsizliyində oyunun qaydalarını dəyişir. Biz Qərbi Balkana qaz tədarükü üzrə layihələrin növbəti mərhələsinin başa çatmasını səbirsizliklə gözləyirik. Bütün bu qaz infrastukturu regionda kömür enerjisindən mərhələli şəkildə imtina və beləliklə də iqlim sahəsində məqsədlərimizin nail olunması ilə bağlıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, iri iqtisadiyyatı olan və NATO-ya üzv olan Türkiyə şaxələndirmə üzrə regional səylərdə vacib rol oynayır və Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti