...

Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında doğru yoldadır - BMT nümayəndəsi

Energetika Materials 2 Noyabr 2022 11:13 (UTC +04:00)
Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında doğru yoldadır - BMT nümayəndəsi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olunmasında doğru yoldadır.

Trend-in məlumatına görə, bunu bu gün BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "Azərbaycanda "yaşıl" transformasiya: Dayanıqlı inkişaf məqsədləri" adlı tədbir zamanı deyib.

"Azərbaycan "yaşıl" inkişaf və təmiz ətraf mühit hədəflərini prioritetlərdən biri kimi müəyyən edib. Ölkənin karbohidrogen tullantılarının azaldılması və bərpa olunan enrji mənbələrinin istifadəsinin artırılması üzrə planları bu məqsədlərə çatmağa kömək edəcək", - deyə o bildirib.

V.Andreyeva əlavə edib ki, Azərbaycanda "yaşıl" transformasiya üzrə birinci dialoqun yekununda BMT tərəfindən qısa hesabat tərtib olunacaq.

"BMT DİM-ə nail olunmasında Azərbaycanla birgə işini davam etdirəcək", - o əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti