Bakı.Trend:
2022-ci ilin yanvarından oktyabrın sonunadək Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə 9,3 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
Bu barədə Trend-ə bu gün TAP AG konsorsiumundan bildiriblər.
Qeyd olunub ki, bu həcmin 8,14 milyard kubmetrdən çoxu İtaliyaya, 1,1 milyard kubmetri Yunanıstana nəql edilib.
Xatırladaq ki, TAP 2020-ci ilin dekabrın 31-də Avropaya qaz nəql etməyə başlayıb.