Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 83,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,24 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 80,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 45,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,26 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,97 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,23 dollar/barel çoxdur.