Bakı. Trend:
Gələcək qlobal ehtiyacları ödəmək üçün neft hasilatına investisiyaların artırılması və iqlim gündəmini “daha balanslı və ədalətli” etmək lazımdır.
Trend "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Həysəm əl-Qeys deyib.
Onun sözlərinə görə, iqlim məsələsi üzrə daşıqlarda iştirak edən tərəflərin fasilə verməsi və ümumi mənzərəyə baxması vacibdir.
Həysəm əl-Qeys vurğulayıb ki, enerji keçidi nizamlı, inklüziv və hamı üçün təhlükəsiz olmalıdır.