...

Pakistan Azərbaycandan neft məhsullarının idxalında maraqlıdır

Energetika Materials 21 Fevral 2023 10:36 (UTC +04:00)
Pakistan Azərbaycandan neft məhsullarının idxalında maraqlıdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Azərbaycanla kreditlə neft məhsulları, yanacaq-sürtgü materiallarının (YSM) idxalı, habelə maye təbii qaz (MTQ) tədarükü ilə bağlı danışıqlar aparır.

Trend-in Geo News-a istinadən məlumatına görə, bu barədə Pakistan Energetika Nazirliyinin yüksək vəzifəli məmuru deyib.

Onun sözlərinə görə, Pakistanın neft naziri Musadiq Malikin başçılıq etdiyi nümayəndə heyəti fevralın 18-dən etibarən Bakıda səfərdədir. Səfər fevralın 23-dək davam edəcək.

Pakistan LNG Limited (PLL) şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə hazırkı bazar qiymətlərindən aşağı qiymətə MTQ tədarükü haqqında saziş imzalamaq niyyətindədir.

Qeyd edək ki, SOCAR yetərincə geniş coğrafiyada, o cümlədən, Aralıq dənizi hövzəsi, Asiya və digər regionlarda maye təbii qazın alışını və satışını həyata keçirir. Maye təbii qaz üçüncü tərəflərdən satın alınır. Bu məhsul dünya okeanına birbaşa çıxış olmadığından Azərbaycandan ixrac edilmir.

Pakistana maye təbii qaz nəqli ölkənin yanacağa artan tələbatını tam qarşılamır.

2022-ci ildə Pakistana maye təbii qaz idxalı 9 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə (11,2 milyard kubmetr) 20 fazi aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti