...

Avropa Azərbaycanın enerji sektorunun inkişafında maraqlıdır - Nazir

Energetika Materials 22 Fevral 2023 11:07 (UTC +04:00)
Avropa Azərbaycanın enerji sektorunun inkişafında maraqlıdır - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Azərbaycanın enerji sektorunun inkişafında maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2022-ci ilin iyun ayında Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu, dekabr ayında isə yaşıl enerjinin nəqli haqqında Memorandum imzalanıb.

"Yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcəkdir", - nazir vurğulayıb.

Qeyd edək ki, 18 iyul 2022-ci il tarixində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanıb.

Bundan başqa, Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti