...

Bu gün səhər neft bahalaşıb

Energetika Materials 17 Mart 2023 10:29 (UTC +04:00)
Bu gün səhər neft bahalaşıb

Bakı. Trend:

Sövdələşmə məlumatları bu gün səhər neft qiymətlərinin artdığından xəbər verir.

Trend-in məlumatına görə, investorlar tədricən riskə qayıdırlar, dollar isə zəifləyir ki, bu da bu xammal növünün dəyəri üçün əlverişlidir, lakin həftənin yekunlarına əsasən qiymətlərin ucuzlaşması 9%-ə çata bilər.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 1,1% artaraq 1 bareli 75,52 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 1,14% artaraq 1 bareli 69,13 dollara çatıb.

Neftin bahalaşması bir sıra faktorla dəstəklənir ki, bunların arasında korreksiya dinamikası, treyderlərin riskə qayıtması və dolların zəifləməsi də var. Dolların indeksi (ABŞ-ın ticari tərəfdaşları olan altı ölkənin valyuta səbətinə məzənnəsi) 0,26% azalaraq 104,15 bəndə düşüb. Dolların ucuzlaşması xammala, o cümlədən neftə tələbatı dəstəkləməklə digər valyutada satınalma zamanı onları daha əlçatan edir.

Ötən həftə treyderlərin bank sektoru ilə bağlı narahatlığı səbəbindən nəzərəçarpan dərəcədə dəyişkənlik müşahidə olunub və fond bazarlarından o cümlədən xammal bazarlarına keçib. Treyderlərin riskdən uzaqlaşması neftin və misin qiymətini qoruyub saxlayıb. Artıq fond bazarları tədricən bərpa olunur.

Sektorla bağlı narahatlıqlar ABŞ-də bir neçə bank bağlandıqdan sonra yarandı ki, bu da ölkənin bank sektorunda əks olundu, daha sonra isə Avropa bazarına keçdi və burada İsveçrənin Credit Suisse bankının səhmləri nəzərəçarpan dərəcədə ucuzlaşdı. İnvestorlar mərkəzi bankların sərt siyasətinin banklara mənfi təsir göstərdiyindən narahat idilər. Hökumət vəziyyətə müdaxilə edərək bir sıra dəstəkləyici tədbirlər gördü ki, nəticədə narahatlıqlar bir qədər səngidi, lakin neft qiymətləri itkiləri bərpa edə bilmədi.

"Xarici faktorlar neft üzrə qiymət dinamikasını diktə etməyə davam edirdilər. Neftin ucuz qiymətə satışı hər şeydən öncə OPEC+ ölkələrini narahat edəcək, lakin onlar çətin ki, cəld hərəkət edəcəklər, bunun yerinə güman ki, hər şeyin yoluna düşəcəyini gözləyəcəklər", - Bloomberg agentliyi ING Group NV-nin xammal strategiyası şöbəsinin rəhbəri Varren Patterson-dan sitat gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti