...

Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Energetika Materials 15 Aprel 2023 09:31 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 14-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 dollar ucuzlaşaraq 90,09 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,34 dollar ucuzlaşaraq 88,27 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,62 dollar bahalaşaraq 58,26 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti aprelin 14-də 0,02 dollar bahalaşaraq 87,89 dollar olaraq qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti