...

SOCAR Macarıstan anbarlarında qaz saxlamağa başlayıb

Energetika Materials 28 İyul 2023 14:14 (UTC +04:00)
SOCAR Macarıstan anbarlarında qaz saxlamağa başlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstan anbarlarında ilk 50 milyon kubmetr qazın saxlanılmasına başlayıb.

Trend cümə günü xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

"Son yarım il ərzində Avropa tədricən ciddi enerji böhranı ilə üzləşir. Sanksiyalarla əlaqədar olaraq qiymətlər qalxıb, ənənəvi çatdırılma marşrutları isə işləmir. Bununla belə, Macarıstanın enerji təchizatı bütün bu müddət ərzində sabit qalıb", - deyə o sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Macarıstanın təbii qazın topdan satışı üzrə ən böyük treyderi "MVM CEEnergy" ilə SOCAR iyunun 2-də 100 milyon kubmetr qazın nəqli üzrə saziş imzalayıblar. Tədarük 2023-cü ilin dördüncü rübündə başlayacaq.

Qeyd olunan sazişin predmetini birdəfəlik sövdələşmə təşkil edir, lakin gələcək əməkdaşlıq barədə danışıqlar davam edir. Tədarüklər üçün artıq mövcud infrastrukturdan istifadə olunacaq.

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) ilkin buraxılış gücü 20 milyard kubmetrədək genişləndirilmə potensialı ilə ildə 10 milyard kubmetr təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti