...

Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrikin artıq hissəsininin elektrik şəbəkəsinə ötürülməsi dəstəklənəcək

Energetika Materials 30 Sentyabr 2023 14:59 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında” qərar verib.

Trend-in xəbərinə görə, bu Qaydaların məqsədi aktiv istehlakçının elektrik stansiyası vasitəsilə bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürmək, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilməsi ilə bağlı dəstəklənməsi mexanizminin tətbiqindən ibarətdir.

Bu Qaydalar elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək məqsədilə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən aktiv istehlakçılara şamil edilir. Aktiv istehlakçının tikinti obyektinin güc həddi texniki şərtlərdə nəzərdə tutulan tələblərə əsasən müəyyənləşdirilir. Aktiv istehlakçının elektrik stansiyasının maksimal güc həddi aktiv istehlakçının tikinti obyektinin güc həddi ilə məhdudlaşdırılır.

Aktiv istehlakçıların vergiyə cəlb edilməsi, vergidən azad olması və onlara vergi güzəştlərinin tətbiqi ilə bağlı münasibətlər Vergi Məcəlləsinə uyğun olaraq tənzimlənir. Aktiv istehlakçı istehsal etdiyi elektrik enerjisi ilə bağlı birtipli alqı- satqı müqaviləsi əsasında yalnız enerji təchizatı müəssisəsi ilə hesablaşa və ya onu əvəzləşdirə bilər.

Aktiv istehlakçı və enerji təchizatı müəssisəsi arasında bu Qaydalarla tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” ilə tənzimlənir.

Aktiv istehlakçı elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxsdir.

Bu Qaydalara əsasən aktiv istehlakçının dəstəklənməsi mexanizmi mərhələləri aşağıdakılardır:

- aktiv istehlakçının elektrik stansiyasının layihələndiril- məsi, tikintisi və quraşdırılması;

- tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə qoşulması;

- istehsal edilmiş elektrik enerjisinin istehlakdan artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürülməsi;

- aktiv istehlakçının istehlak etdiyi elektrik enerjisi istehsalından çox olduğu təqdirdə, elektrik təchizatı şəbəkəsindən aid olduğu istehlakçı qrupuna uyğun pərakəndə satış tarifi ilə elektrik enerjisinin alınması;

- elektrik enerjisinin ötürülməsi və alınması ilə bağlı aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanılması;

- əvəzləşdirmə ilə bağlı yaranmış qalıq elektrik enerjisinin dəyərinin cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə aktiv istehlakçıya ödənilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti