...

Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı məlum olub (FOTO)

Energetika Materials 13 Sentyabr 2024 12:51 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı məlum olub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 faiz olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.

"Yanvar - avqust aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 19 235,4 mln. kVt·st, ixracı 858,9 mln. kVt·st, idxalı 125,5 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2771.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 faiz olub", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti