...

SOCAR AQŞ İraqda layihələrini genişləndirir və yeni tenderlərdə iştirak edir

Energetika Materials 5 Fevral 2026 10:33 (UTC +04:00)
SOCAR AQŞ İraqda layihələrini genişləndirir və yeni tenderlərdə iştirak edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR AQŞ İraqda layihələrini genişləndirir və yeni tenderlərdə iştirak edir.

Trend xəbər verir ki, bu barədə SOCAR AQŞ-in Türkiyə üzrə meneceri Elvin Nəsibov Bakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisi çərçivəsində bildirib.

Onun sözlərinə görə, şirkət regionda bazardakı mövcudluğunu genişləndirmək məqsədilə müxtəlif tenderlərdə iştirak edir.

“Xüsusilə, hazırda özəl operator "Crescent Petroleum" ilə "1+4"sxemi üzrə qazma layihəsinin icrası üçün tenderə müraciət təqdim olunub: əvvəlcə bir kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur və uğurlu nəticələr əldə olunacağı, kommersiya hasilatı təsdiqlənəcəyi təqdirdə daha dörd quyu qazılacaq.

Bundan əlavə, şirkət "Basra Oil Company" ilə birgə 2000 at gücünə malik qurğulardan istifadə etməklə qazma işləri üzrə tenderdə iştirak edir.

Qazma üzrə menecerin sözlərinə görə, Türkiyə və İraqdakı layihələr şirkətin əhəmiyyətli beynəlxalq təcrübəsini nümayiş etdirir və onun dünya üzrə təhlükəsiz və yüksək keyfiyyətli qazma xidmətləri göstərməyə sadiqliyini təsdiqləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti