...

"KASPİQAZPROM" TƏMİRİN İKİ SUTKA ƏRZİNDƏ BAŞA ÇATACAĞINA SÖZ VERİR

Energetika Materials 6 İyul 2005 14:03 (UTC +04:00)

(RİA "Novosti") "Kaspiqazprom" keçən gecə sıradan çıxmış Mozdok-Qazı Məhəmməd maqistral neft kəmərində təmir işlərinin maksimum iki sutka ərzində başa çatacağına söz verir.

"Kaspiqazprom" MMC-nin dispetçer otağından verilən məlumata əsasən, təmir briqadaları diamentri 1020 millimetr olan 20 metr borunu dəyişməlidir.

Mahaçqaladan cənubda Uytaş adlı yerdə baş vermiş partlayışın səbəbi partlayış-texniki ekspertiza tərəfindən müəyyən ediləcək, lakin xarici təsirin - partlayışın əlamətləri də mövcuddur.

Cənubi Dağıstan və Azərbaycana yanacağın verildiyi maqistarl qaz kəmərinin bu hissəsinin sıradan çıxması birinci dəfə deyil. 2004-cü ilin aprel ayında orada terror aktı həyata keçirilmiş və nəticədə yanğın baş vermişdi.

"Kaspiqazprom"un dispetçer otağından verilən məlumata görə, təmir işlərinə artıq 60 nəfər adam və 16 nəqliyyat vasitəsi cəlb edilib. Partlayışdan sonra Mahaçqalanın cənubuna qazın verilməsi müvəqqəti olaraq dayandırılıb.

Xəbər lenti

Xəbər lenti