...

QIŞDA "ARAZ" SES MAKSİMUM QÜVVƏ İLƏ İŞLƏYƏCƏK

Energetika Materials 27 İyul 2005 16:27 (UTC +04:00)

"Araz" SES-nın ikinci su aqreqatrında təmir işləri tamamilə başa çatıb. Bu barədə Trend ə "Azərenerji" Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Azərenerjinin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, qışda bu stansiya maksimal qüvvə ilə (22 MVt) ilə işləyəcək.

Bu gün "Araz" SES-də hər şey qarşıdakı qış mövsümünə hazırlıq istiqamətinə yönəlib. SES-in artıq su aqreqatlarından birinin turbinlərində əsaslı təmir aparılıb, eləcə də blokun digər tərkib hissələrində də orta təmir işləri aparılıb. Bu işlər Azerenerjitikinti şirkəti tərəfindən aparılır.

Hazırda "Araz" SES Naxçıvan Muxtar Respublikasının ərazisində yecanə energi istehsal edən obyekt olaraq qalır.

Xəbər lenti

Xəbər lenti