Azərqaznəql İstehsalat Birliyində (Azərqaz Qapalı Səhmdar Cəmiyyətin strukturu) Ağsu-Kürdəmir (L-4,26 km, D-325 mm) qaz xəttinin və Qaradağ -Tbilisi (L-0,8 km, D-720 mm) qaz kəmərinin əsasalı təmiri üzrə tender paketinin açılışı keçirilib. Bu barədə "Tpend"ə İB-dən məlumat veriblər.
Qaz kəmərinin Ağsu-Kürdəmir hissəsinin 10,7-13 km, 14,3-14,7 km, 18,7-20 km, 20-20,3 km-də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub. Qaradağ-Tbilisi qaz kəmərinin əsasalı təmiri Ceyrankeçməz çayının keçidində həyata keçiriləcək.
Hər lotda 3 şirkət iştirak edir. "Hazırda tender komissiyası iddiaçıların təkliflərinin nəzərdən keçirir. Qalibin yaxın günelərdə seçiləcəyi gözlənilir. Təmir işlərinə avqustun sonlarından başlanılacağı gözlənilir ", - deyə İB-dən bildiriblər. Hər lot üzrə işlərin yerinə yetirilməsinə 60 gün vaxt ayrılıb.