...

BARMEK AZERBAYCAN "KİV-İN İNVESTİSİYALARA TƏSİRİ" MÖVZUSUNDA KONFRANS KEÇİRƏCƏK

Energetika Materials 1 Sentyabr 2005 13:47 (UTC +04:00)

Sentyabrın 2 -də Barmek Azerbaycan (Bakı və Sumqayıtın enerjipaylayıcı şəbəkəsinin operatoru) "Sosial-iqtisadi tədbirlər" layihəsi çərçivəsində "KİV-in investisiyalara təsiri" mövzusunda konfrans keçirir. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Konfransda iqtisad elmləri doktoru Zahid Məmmədov məruzə ilə çıxış edəcək. Bundan sonra göstərilən mövzu üzrə mütəxəssislər arasında müzakirələr aparılacaq. Tədbirdə Barmek Azerbaycan şirkətinin müxtəlif idarələrinin rəisləri, iqtisadçılar, aparıcı KİV-in rəhbərləri və digər şəxslər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti