...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ OKTYABRDA NOVOROSSİYSK LİMANINDAN BİR TANKER NEFT NƏQL ETMƏK NİYYƏTİNDƏDİR

Energetika Materials 2 Sentyabr 2005 14:11 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti ((AR DNŞ) oktyabrda Novorossiysk limanının N2 körpüsündən 80 min ton neft yükləməyi nəzərdə tutur. Sentyabrda isə Rusiya limanından 79 min ton neftin nəqli gözlənilir.

Avqustda AR DNŞ Novorossiyskdən 308,1 min ton Ural markalı neft yükləyib ki, bu da 2005-ci ilin iyul ayına nisbətən 223,4 min ton, 2004-cü ilin avqust ayından isə 70,9 min ton çoxdur. Yanvar-iyun aylarıda AR DNŞ Novorossiyskdən 1,3 mln ton Ural nefti nəql edib. Bu göstərici 2004-cü ilin analoji dövrü ilə müqayisədə 430 min ton azdır.

Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin nəql olunma tarifi $15,67 təşkil edir.

Xəbər lenti

Xəbər lenti