...

DÖVLƏT NEFT ŞİRKƏTİ "ABŞERON BANKASI" RAYONUNDA İKİNCİ QUYUNUN QAZILMASINI BAŞA ÇATDIRIB

Energetika Materials 8 Sentyabr 2005 18:06 (UTC +04:00)

ARDNŞ "Abşeron Bankası" rayonunda 169 saylı istismar quyusunda qazma işlərini müvəqqəti dayandırıb. Dövlət Neft Şirkətindən Trend ə verilən məlumata görə, quyunun layihə dərinliyi 750 metr təşkil edir.

Hazırda sahənin bu hissəsində layihə dərinliyi 800 metr olan yeni quyunun qazılmasına başlanılıb. Quyuda qazma işləri 250 metr dərinlikdə aparılır. Tezliklə quyuya kəmər avadanlığı endiriləcək. İşlər "Xəzər-4" qazma qnurğusu vasitəsilə həyata keçirilir.

"Qrəbi Abşeron" rayonunda platformanın olmaması burada karbohidrogen ehtiyatlarının çıxarılmasına imkan vermir. Burada bir neçə kəşfiyyat quyusu qazılıb və karbohidrogen ehtiyatlarının olduğunu sübut edib.

ARDNŞ perspektivdə burada platformanın tikilməsini təklif etsə də, bunun üçün böyük miqdarda vəsait tələb olunur. Həmçinin variantlar arasında "Xəzər-4" qazma qurğusunun profilinin dəyitşdirilməsi də müzakirə olunur. Gözlənildiyinə görə, burada qazılan quyudan sutkada 5-6 ton neft çıxarıla bilər.

Xəbər lenti

Xəbər lenti