...

MOSKVADA MDB-NİN ELEKTRİK ENERJİ ŞURASININ İCRAİYYƏ KOMİTƏSİNİN RUSİYA FEDERASİYASI ƏRAZİSİNDƏ FƏALİYYƏT GÖSTƏRMƏSİ ÜÇÜN ŞƏRAİTİN YARADILMASINA DAİR SAZİŞ İMZALANIB

Energetika Materials 15 Sentyabr 2005 11:34 (UTC +04:00)

(RBK) - Rusiyanın Xarici İşlər Nazirliyində Rusiya Federasiyası və MDB-nin Elektrik Enerji Şurası arasında Şuranın İcraiyyə Komitəsinin Rusiya ərazisində fəaliyyət göstərməsi üçün şəraitin yaradılmasına dair saziş imzalanıb. RF XİN-nin informasiya və mətbuat departamentinin məlumatına əsasən, saziş RF-nin xarici işlər naziri Qriqori Karasin və MDB-nin Elektrik Enerji Şurasının İcraiyyə Komitəsinin sədri Yevgeni Mişuk tərəfindən imzalanıb.

Saziş İcraiyyə Komitəsi və RF-nin federal və yerli orqanları arasında qarşılıqlı əlaqələri nizamlamaqla, Şuranın Rusiya ərazisində fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılmasına yönəldilib.

MDB-nin elektrik Enerji Şurası 1992-ci ildə elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi, Birlik ölkələrinin enerji ilə təchizatı sahəsində uzlaşdırılmış siyasətin ararılması məqsədilə yaradılıb. Onun tərkibinə elektrik enerji idarəetmə orqanlarının rəhbərləri - Azərbaycan, Ermənistan, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın səlahiyyətli nümayəndələri daxildir. Şuraya "EGS Rossii" RSC-nin rəhbəri Anatoli Çubays başçılıq edir.

Xəbər lenti

Xəbər lenti