...

SCADA SİSTEMİNİN TƏTBİQ EDİLMƏSİ LAYİHƏSİNİN İLK MƏRHƏLƏSİ ÇƏRÇİVƏSİNDƏ 1,2 MLN. AVRO SƏRF OLUNUB

Energetika Materials 23 Sentyabr 2005 17:50 (UTC +04:00)

Hazırda Siemens şirkətinin həyata keçirdiyi SCADA sisteminin tətbiq edilməsi layihəsinin ilk mərhələsi çərçivəsində 1,2 mln. avro sərf olunub.Sentyabrın 23-də Siemens şirkətinin Azərbaycandakı nümayəndəliyinin baş direktoru Samir Axundov bu barədə Trend ə eksklüziv olaraq bildirib.

Onun sözlərinə görə, layihənin dəyəri 1,5 mln. avro təşkil edir. "Hazırda layihə çərçivsəində bütün lazımi avadanlıq Berlindən Azərbaycana gətirilib və bir aydan sonra onun quraşdırılması üzrə işlərə başlanılacaq" - deyə o bildirib.Layihənin ilk mərhələsi çərçivəsində Mərkəzi dispetçer idarəsinin yaradılması nəzərdə tutulur.

S.Axundov qeyd edib ki, şirkət SCADA sisteminin tətbiq edilməsi layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi üzrə tenderdə iştirak etmək niyyətindədir.Maliyyələşdirməni Dünya Bankı həyata keçirir.Layihənin dəyəri $48 mln. olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti