...

BARMEK AZERBAIJAN ELEKTRİK ENERJİSİ İSTEHLAKÇILARI İLƏ 100 MİNDƏN ARTIQ RAZILAŞMA İMZALAYIB

Energetika Materials 7 Oktyabr 2005 16:15 (UTC +04:00)

İndiyə kimi Barmek Azerbaican şirkəti (Bakı və Sumqayıt şəhərlərinin enerji paylaşdırıcı şəbəkələrinin operatoru) elektrik enerjisi istehlakçıları ilə 100 mindən artıq razılaşma imzalayıb. 80 mindan artıq razılaşma əhali kateqoriyasına daxil olan abonentlərlə, qalan hissə hissə digər abonentlər (dövlət müəssisələri, strukturlar, əmtəə və kommersiya obyektləri və s.) olub.

Hazırda şirkətin xidmət etdiyi rayon və şəhərlərdə bu sahədə işlər aparılır. Şirkətin nümayəndəsinin sözlərinə görə, əhali razılaşmaların imzalanmasına maraq göstərmir. "Razılaşma qarşı tərəfin üzərinə müəyyən öhdəliklər qoyur. Buna görə də bəzi abonentlər üzərlərinə öhdəlik götürmək istəmirlər. Abonentlərə elektrik enerjisinin verilməsi enerjinin "alış-verişi haqda" razılaşmaya müvafiq olaraq həyata keçirilir ", - deyə o qeyd edib.

Elektrik enerjisinə görə vəsaiti ödəməyən abonentlər 0,01% məbləgində cərimə ödəməli olacaqlar. Əhali üçün bu müddət qəbzin təqdim edilməsindən sonra 10 gün, əhali kateqoriyasına daxil olmayan abonentlər üçün 5 gün təşkil edir.

Xəbər lenti

Xəbər lenti