...

"Barmek-Azərbaycan" 10 illik investisiya proqramını 2 il müddətinə yerinə yetirməyə hazırdır

Energetika Materials 3 Fevral 2006 13:56 (UTC +04:00)

"Barmek-Azərbaycan" enerji paylayıcı şirkəti 10 illik investisiya proqramını 2 il müddətinə yerinə yetirməyə hazırdır. Bu barədə Trend ə şirkətin prezidenti Hüseyn Arabul məlumat verib.

10 il ərzində şirkətin Bakıya təxminən $100 mln, Sumqayıta və ölkənin şimal rayonlarına isə $40 mln investisiya qoyacağı nəzərdə tutulurdu. Şirkət 2006-2007-ci illərdə $154 mln investisiya qoymağa hazırdır.

Şirkət rəhbərinin qeyd etdiyi kimi, bu məqsədlə kreditin cəlb edilməsi nəzərdə tutulur. Lakin o, kredit üzrə faizlərin şirkətin öhdəliyinə daxil edilməsi təklifini irəli sürüb. Belə halda kreditin alınması üçün dövlət zəmanəti tələb olunmayacaq.

Xəbər lenti

Xəbər lenti