...

Hüseyn Arabul: Barmek paylayıcı hirkətin dövlət strukturlarına borcu 56 milyon dollardır

Energetika Materials 3 Fevral 2006 16:30 (UTC +04:00)

"Azərenerji" Səhmdar Cəmiyyəti saat 18.00-dan sonra Sumqayıt və Xaçmazda "Barmek" paylayıcı şəbəkəsinə elektrik enerjisinin verilməsini 30 MVt azaldır. Bu barədə Trend ə şirkətin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, bu ildən şirkət "Azərenerji" SC-nə ona elektrik enerjisinin paylanması üçün verilən enerjinin dəyərini 100% ödəməlidir. Hərçənd ki, Arabul bunun yalnız borcunu ödəməyən, məsələn, "Azərsu", "Azəristiliktəchizat", Bakı metropoliteni və respublika dəmir yolu kimi təşkilatların öz borclarını ödəməyə başladığı zaman mümkün olacağını söyləyib. Hazırda bu təşkilatlar istifadə olunan elektrik enerjisinə görə 257 mlrd manat ($56 mln) vəsait ödəməlidirlər. Bundan əlavə, "Barmek"in əhali ilə də problemləri də var. Şirkətin sözlərinə görə, abunəçilərin bu qrupuna elektrik enerjisinin illik həcmindən 56,95% verilməsinə baxmayaraq, bu sektorda yığım 35,37% təşkil edir.

Xəbər lenti

Xəbər lenti