...

AR DNŞ aviasiya kerosininin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 14 Fevral 2006 11:45 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti Gürcüstanın Batumi limanında yüklənməklə 50 min ton TS-1 markalı aviasiya kerosininin satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə AR DNŞ-dən bildirilib. Tenderin qalibi Roc Oil treyderidir. Treyder üçün neft məhsulu 4 ay ərzində yüklənəcək.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, aviasiya kerosini Roc Oil treyderinə hər birində 25 min ton olmaqla iki tanker partiyası ilə satılacaq. "İkinci tanker partiyası zavodun öz imkanları hesabına yüklənəcək", - deyə şirkətdən bildirilib.

2005-ci ildə AR DNŞ "Heydər Əliyev adına" (Azərneftyanacaq) NEZ-dən təxminən 150 min ton kerosin ixrac edib. Roc Oil Qara dəniz limanlarından Azərbaycan neftinin və neft məhsullarının daimi alıcısıdır.

Xəbər lenti

Xəbər lenti