...

Azərbaycan neftinin qiyməti aşağı düşməkdə davam edir

Energetika Materials 15 Fevral 2006 11:55 (UTC +04:00)

Fevralın 14-də bir barel AZERI LT CIF neftinin qiyməti $59,33 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,86 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Trend agentliyinin məlumatına əsasən, fevralın 14-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $52,94 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,11 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Fevralın 14-də bir barel Brent (DTD) neftinin qiyməti $58,16 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,83 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Avropa bazarında işləyən treyderlər Trend ə bildirib ki, hazırda Novorossiysk limanından Auqustaya neftin və tünd rəngli neft məhsullarının nəqli üçün 135 min ton tutumlu gəmi fraxtının dərəcəsi ws 190 bənd, 80 min ton tutumlu gəmilər üçün analoji dərəcə isə ws 170 təşkil edir. Qara dənizdən Auqustaya belə dərəcələr bu gün 30 min ton tutumlu gəmilər üçün ws 270, neft və açıq rəngli neft məhsullarının Novorossiyskdən Auqustaya 30 min ton tutumlu gəmilərlə nəqli üçün isə - ws 330 təşkil edir.

Xəbər lenti

Xəbər lenti